Azərbaycanın təşəbbüsü ilə BMT-də bəyanat qəbul edildi

14 May 2013 08:08 (UTC+04:00)


Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyindən APA-ya verilən məlumata görə, bəyanat Azərbaycanın təşəbbüsü ilə qəbul olunub.

Bəyanatda TŞ üzvləri terror aktını qətiyyətlə pisləyib, terror qurbanlarının ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı verib, bu cinayəti törədən, terroru təşkil edən, maliyyələşdirən və dəstəkləyən şəxslərin məsuliyyətə cəlb olunması vacibliyini qeyd ediblər.

Bununla yanaşı, TŞ üzvləri terrorun bütün növ və təzahürlərinin beynəlxalq sülh və təhlükəsizliyə ən ciddi təhdidlərdən biri olduğunu, terror aktlarını, onların motivlərini, harada, nə vaxt və kim tərəfindən törədilməsindən asılı olmayaraq, cinayət hesab etdiklərini və bağışlanılmaz olduğunu vurğulayıblar.

AzNews.az