“Elşad Abdullayev böhtanlar atmaqda davam edir“

14 May 2013 08:47 (UTC+04:00)


R. Mustafayev APA-ya açıqlamasında bildirib ki, E. Abdullayev G. Əhmədovaya böhtanlar ataraq onu ağır cinayətlər törətməkdə ittiham edib: "Onun bu hərəkətləri nəticəsində Gülər Əhmədova barəsində cinayət işi başlanıb və o həbs edilib. Lakin bununla kifayətlənməyən Elşad Abdullayev Gülər Əhmədovaya qarşı yeni böhtanlar atmaqda davam edir. Bakı Şəhər Prokurorluğuna göndərdiyi müraciətində Elşad Abdullayev göstərib ki, guya Gülər Əhmədova Milli Təhlükəsizlik Nazirliyində adam oğurluğu ilə məşğul olan hansısa komissiyasının üzvüdür. Həmçinin Karate Federasiyasının sədridir. Halbuki Gülər Əhmədova nə Karate Federasiyasının sədridir, nə də ki MTN-də belə bir komissiya mövcuddur. Bu hərəkətləri ilə Elşad Abdullayev Gülər Əhmədovaya və MTN-nə qarşı qəsdən böhtan atıb. Buna görə də o məsuliyyət daşımalıdır".

Qeyd edək ki, E. Abdullayev göndərdiyi müraciətində qardaşı Mahir yoxa çıxdıqdan sonra G. Əhmədova ilə görüşündən yazıb: "Gülər Əhmədova bildirdi ki, o, KQB-də Adam Oğurluğu Komissiyasının üzvü, Karate Federasiyasının prezidentidir".

AzNews.az