Kürdəmirdə Məmməd Araz gecəsi – FOTOSİLSİLƏ

14 May 2013 09:27 (UTC+04:00)

Azərbaycanın Xalq şairi Məmməd Arazın 80 illik yubileyi münasibətilə Kürdəmirdə təntənəli tədbir keçirilib. Nizami Muzeyinin Aran filialının təşkilatçılğı ilə baş tutan tədbirdə millət vəkilləri Sabir Rüstəmxanlı, Aqil Abbas, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, aktyor Nurəddin Mehdixanlı, Əli Nurla yanaşı, elm və incəsənət xadimləri və bir sıra mətbuat nümayəndələri də iştirak edib.

Məmməd Arazın ömür-gün yoldaşı Tamara xanımın da iştirakçılar arasında olduğu tədbirdə çıxış edənlər xalq şairinin həyat və yaradıcılığından söz açaraq, onun müasir Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini vurğulayıblar. Tədbir incəsənət ustalarının ifasında şairin sözlərinə yazılmış mahnı və şeirləri ilə davam edib.

Mərasimdə Məmməd Arazın həyatının müxtəlif anlarının əks etdirən nadir videolentlər nümayiş etdirilib, onun Azərbaycan ədəbiyyatındakı özünəməxsus yeri vurğulanıb.

Bahar
AzNews.az