Velosipedçi yol qəzasının qurbanı oldu

14 May 2013 10:12 (UTC+04:00)


APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, hadisə mayın 13-də axşam saatlarında Ələt-Astara yolunun 82-ci kilometrliyində qeydə alınıb. Naxçıvan sakini Vilayət Əliyev idarə etdiyi "MAN" markalı, 90 MN 654 dövlət nömrə nişanlı avtomobillə velosiped sürən Salyan rayon Şorsulu kənd sakini, 1987-ci il təvəllüdlü Ağayev Əbil Ələskər oğlunu vurub.

Nəticədə xəsarət alan Ə. Ağayev Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

AzNews.az