Azərbaycanlı milyonçunun aldığı at xanımını məyus etdi

14 May 2013 10:22 (UTC+04:00)
Azərbaycanlı milyonçu Rza Zərrab ilə evlənən müğənni Ebru Gündəşin həyat yoldaşından aldığı bahalı hədiyyələr arasında 700 min lirəlik ingilis yarış atı da yer alıb.

Axşam.az-ın verdiyi məlumata görə, müğənninin "Duty Free" adlı atı bu yaxınlarda keçirilən beynəlxalq yarışda nəticə qazanananlar siyahısına düşə bilməyib.

Yarışı televizor qarşısında izləyən Ebru Gündəş atının birinci ola bilməməsinə çox üzülüb.

Yarışı qazanan "Steel cat" adlı atın sahibi isə 110 min lirə pul əldə edib.

AzNews.az