İqbal Ağazadə fotoları çəkənlərin kimliyini açıqladı

14 May 2013 11:20 (UTC+04:00)
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili İqbal Ağazadə həbsdə olan müxalifətçi gənclərin yayılan fotoları ilə bağlı danışıb:

"Həmin şəxslərin inzibati işlər görərkən orada fotolarının çəkilməsi və sosial şəbəkəlrdə, mediada aşağılayıcı bir formada təqdim olunması nəyə lazımdır? Bu cür hallar kütləvi itaətsizliyə aparır. Bunu nə müxalifətçi, nə də jurnalist etməyib, həmin şəxslərin üzərində də telefon olmayıb. Hüquq mühafizə orqanları çəkib bu fotoları". //qafqazinfo//

AzNews.az