Ziyalılar Birliyi kitab müzakirəsinə toplaşacaq

14 May 2013 11:22 (UTC+04:00)
Azərbaycan Ziyalılar Birliyi mayın 15-də RATİ-nin ofisində Kamal Əmrahovun kitabının təqdimat mərasimini keçirəcək.

Bu barədə AzNews.az-a "El" hərəkatının Ali Məclis üzvü Eldəniz Quliyev məlumat verib. Onun sözlərinə görə, "Azərbaycan 21-ci əsrin astanasında" adlı kitab Ziyalılar Birliyi tərəfindən müzakirəyə çıxarılacaq.

RATİ-də ikinci tədbir isə "Tolişi sədo" qəzetinin təsisçisi və baş redaktoru, hazırda dövlətə xəyanət və digər ağır ittihamlarla həbsdə olan Hilal Məmmədov müdafiə hüquqları ilə bağlıdır.

Bahar Rüstəmli
AzNews.az