“Fokus” kino jurnalının növbəti sayı dərc olunub

14 May 2013 14:47 (UTC+04:00)
Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə FOKUS analitik kino jurnalının növbəti sayı nəşr olunub.

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə nəşr olunan jurnalın bu sayında oxucularına Aydın Dadaşov, Aygun Aslanova, Aliya Dadashova, Qan Turalı, Sevda Sultanova və Şahane Urfanın müəllif məqalələrini, Rafiq Quliyev, Видади Həsənov, Rövşən İsax, Ilqar Fəhmi və Yılmaz Güneyin asistentinin müsahibəsini, Mirbala Salimlinin Aleksey German haqda xatirələrini, rejissor Shamil Aliyevin "Çölçü", S.Spilberqin "Linkoln", P.T.Andersonun"Master" filminə resenziyaları, Ulrix Zaydl və Vim Vendersin portretlərini təqdim edib.

Jurnal kinossenarilərə yer ayıran nadir jurnallardandır. Bu nömrədə Vaqif Əlixanlının "Karvansara" ekran üçün povesti çap olunub. Bu nömrədə yeni "rejissor emalatxanası" rubrkası debüt edib. Rubrikanın məqsədioxucuları rejissorların yaradıcılıq mətbəxi ilə tanış etmək,realizə etmədiyi planları haqda danışmaqdır. Rubriaknın qonağı rejissor Vəli Səyyadi olub.

Jurnalın naşiri olan Gənc Film İstehsalçıları Assosiasiyasından bildiriblər ki, jurnal əsas məqsədlərindən biri kinematoqrafımızda gedən prosesləri analiz edib proqnozlar verməkdir. Jurnal respublika prezidentinin fərmanı ilə 2008-ci ildə təsdiqlənən "Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı"nın mətni ilə açılır.Bu da təsadüfi deyil.Proqramın qəbulundan 5 il müddət keçib. Artıq müəyyən nəticələri analiz etmək olar.
Prezident yanında Gənclər Fondunun maliyyəsi ilə reallaşan "Fokus" Yaradıcı Gənclərin Kino Evi layihəsi çərçivəində "Fokus" jurnalının nəşrindən başqa klassik filmlərin baxışları silsiləsi və master klasslar təşkil olunur.

Bahar Rüstəmli
AzNews.az