Dəhşətli qətlin üstü açıldı

15 May 2013 08:03 (UTC+04:00)


Bakıda dəhşətli qətl törədilib. Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, rayon polis idarəsi və rayon prokurorluğunun əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində aprelin 15-dən itkin düşmüş kimi qeydiyyata alınan, 1972-ci il təvəllüdlü Bəsti Paşa qızı Mirzəyevanın qətlə yetirildiyi məlum olub.

Araşdırmalarla müəyyən edilib ki, B. Mirzəyeva qeyri-rəsmi nikahda yaşadığı, 1988-ci il təvəllüdlü Sübhan Məmmədov tərəfindən boğularaq öldürülüb.

S. Məmmədov ilkin ifadəsində B. Mirzəyevanın özünü asdığını bildirsə də, daha sonra törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az