Yaxın 50 ildə zəlzələ baş verəcək zonalar

15 May 2013 14:12 (UTC+04:00)



APA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin bu gün keçirilən iclasında Geologiya İnstitutunun geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov bildirib ki, Azərbaycan ərazisində 427-ci ildən 2012-ci ilə qədər baş verən zəlzələlər nəticəsində 1-ci, 2-ci və 3-cü dərəcəli təhlükəli zonalar müəyyənləşib.

F. Qədirov deyib ki, Azərbaycan ərazisində Gəncə, Şamaxı, İsmayıllı, Şəki, Abşeron yarımadasının şimal tərəfində 8-9 ballıq zəlzələlər ola bilər. Bu ərazilər Azərbaycanın tarixən seysmik zonalarıdır.

F. Qədirovun sözlərinə görə, araşdırmalar nəticəsində qarşıdakı 50 ildə təhlükəli ola biləcək ərazilər də müəyyənləşib: "Bu siyahıda ilk yerdə Şamaxı, İsmayıllı, Zaqatala, Şəki, Abşeron yarımadasının şimal və cənub tərəfləri, Biləsuvar, Cəlilabad dayanır".

AzNews.az