“El” Hərəkatından “hicab toplantısı”

15 May 2013 15:07 (UTC+04:00)
Bu gün "El" Hərəkatı dini inanclı kəsimlə görüş keçirib

Bu barədə AzNews.az-a "El" hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev məlumat verib.

E.Quliyev bildirib ki, toplantıda inanclı insanların problemləri ilə bağlı bir sıra məsələlərə toxunulub: "Tədbirdə Azərbaycan ictimaiyyətini narahat edən bir çox suallar qoyuldu, təkliflər səsləndirildi. Onlar arasında hicab məsələsinin həlli və son zamanlar dindarların həbsi var idi".

Hərəkat nümayəndəsi deyib ki, toplantıda qeyd olunan məqamlarla bağlı dindarlar tərəfindən "El" hərəkatının rəhbərliyinə suallar verilib, problemlər müzakirə edilib: "Azərbaycanda insanların dini etiqad azadlıqları əlindən alınır və bir çox hallarda bu hüquqlar bəzi məmurlar tərəfindən pozulur".

E.Quliyevin sözlərinə görə, seçkilərə qədər dindar kəsimin nümayəndələri ilə bu tipli görüşlər davam edəcək.

Bahar Rüstəmli
AzNews.az-a