5 min seriyalıq serial

15 May 2013 16:03 (UTC+04:00)


5 min seriyadan ibarət serial hinduizmdə Vişnu tanrısının Yerdəki timsallarından biri Parşuramanın həyatına həsr olunub.

Serialın ilk seriyası 2014-cü ilin payızında, Hindistanda Divali bayramı qeyd olunanda başlanacaq.

Hazırda çəkiliş qrupu ölkəni dolaşır, Parşuramanın həyatı ilə bağlı bilinən rəvayət və əfsanələri toplayır.
"Toplanış" prosesi başa çatandan sonra çəkiliş qrupu Hindistanın qərbindəki Thane şəhərinə yollanacaq.
Çəkilişlər həmin şəhərdə başlanacaq.

Parşuramanın həyatından hinduist eposu "Ramayana"da bəhs olunur.
Thane şəhəri Maharaştra ştatının paytaxtı Mumbaydan 40 km aralıdadır. Hindistandakı kinostudiyaların əksəriyyəti Mumbayda yerləşir.

Serialın çəkilişləri ilə "Someshwar Productions" studiyası məşğul olacaq. (milli.az)

AzNews.az