Prezident onları təltif etdi - SİYAHI

15 May 2013 17:20 (UTC+04:00)

Prezident İlham Əliyev Su Təsərrüfatı Obyektlərinin Layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

AzNews.az Prezidentin rəsmi saytına istinadən bildirir ki, ölkə başçısının sərəncamı ilə Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Tərəqqi" medalı ilə təltif ediliblər:

Hacıyev Arif Səlim oğlu
Həbibov Vilayət Məhəbbət oğlu
İsayev Rauk Məmməd oğlu
Qasımov Sabir İsgəndər oğlu
Sultanov Akif Qara oğlu.

Ölkə başçısının digər sərəncamı ilə Azərbaycanda meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi sahəsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar Mühəndis" fəxri adı verilib.

Qaziyev Yusif Cəbrayıl oğlu
Paşayev Elbrus Paşa oğlu.

AzNews.az