Soydaşlarımız üçün təhlükə: Rusiya “gəlmələr”ə etiraz edir

15 May 2013 20:07 (UTC+04:00)


Rusiya vətəndaşları qanunsuz miqrantlara qarşı etiraz aksiyasına hazırdır. Bu barədə aprel ayında paytaxt Moskvada aparılan tədqiqatın nəticələri barədə məlumat verən "İctimai rəy" Fondunun prezidenti Aleksandr Oslon deyib. Onun sözlərinə görə, Moskva sakinləri üçün əsas problem "gəlmələrlə" bağlıdır.

Qeyd edək ki, Rusiyada etnodini təhlükələrlə bağlı yayılan hesabatda Rusiyanın bir çox bölgələrində miqrantlar arasında radikal islamın yayıldığı vurğulanıb. Mütəxəssislərin fikrincə, vəhabilik hazırda Rusiya üçün geniş yayılmaqla təhlükəyə çevrilir. Məlumatlara görə, Çukotkadan başqa bütün bölgələrdə vəhabi icmaları yaradılıb.

Rusiyalı hüquq müdafiəçisi Roman Silantevin fikrncə, bir çox məmurlar vəhabiliklə mübarizə aparmaqdan qorxur:

"Kimsə fiziki cəhətdən qorxur, kimi də biznes maraqlarına görə. Onlar qorxurlar ki, vəhabilərlə mübarizə Səudiyyə Ərəbistanı və Qətərdən mifik tranşların qarşısını kəsəcək, tədbirlərin keçirilməsini, kurortların açılışını əngəlləyəcək. 2013-cü ilin əvvəllərindən başlayaraq RF-nın bütün subyektlərində vəhabi icmaları yaradılıb. Ancaq vəhabilərin ən çox fəal olduğu bölgə Dağıstandır. Həmçinin Kabardin-Balkar və İnquşetiyada da vəhavilik sürətlə yayılır. Vəhabilər həmçinin Stavropol və Şimali Osetiyada fəallaşırlar. Penza, Orenburq, Saratov, Mordoviya, Başqırdıstan da vəhabilərin təsiri altına düşür. Udmurtiya, Ulyanovsk və Samarada isə vəhabi icmaları daha çox üzvünün olması ilə fərqlənir. Eyni zamanda Moskva və Sankt-Peeterburda da vəhabilərin təsir dairəsi və tərəfdarları sürətlə artır".

Ümumilikdə isə Rusiyada vəhabilərin sayını 700 minə yaxın olduğu bildirilir.

Elnarə Əlosmanqızı
AzNews.az