Tanınmış yazardan Əli Kərimliyə sərt sözlər: “Hələ cavandı, başa düşər”

16 May 2013 09:22 (UTC+04:00)


Tanınmış yazar Seymur Baycan "facebook" sosial şəbəkəsində AXCP sədri Əli Kərimlinin ünvanına sərt ifadələr səsləndirib.

AZNEWS.AZ-ın məlumatına görə, S.Baycan Əli Kərimliyə məktub yazdığını, lakin iki ay məktubuna cavab ala bilmədiyindən şikayətlənib:

"Deməli, Əli Kərimliyə məktub yazmışdım. İki ay məktubuma cavab vermədi. İndi 48 yaşlı bir müxalifət liderinə necə başa salaq ki, sənin məndən zəhlən gedə bilər, mənə nifrət edə bilərsən, amma məktubuma cavab vermək məcburiyyətindəsən. Çünki mən bu xaraba qalmış ölkənin oxunan 10 yazarından biriyəm. Eybi yox, hələ cavandı, vaxt gələr, başa düşər. İsa Qəmbər Natiq Cavadlıya müsahibə vermir, Arif Hacılı diktofon söndürür, daha biz nəyin davasını aparırıq?!"

Seymur Baycan daha sonra Ə.Kərimlini 2005-ci ildə yazıçı Fikrət Qocanın ad gününü təbrik etdiyi üçün tənqid hədəfinə çevirib.

Əldə etdiyimi məlumata görə, S.Baycan Ə.Kərimliyə ünvanladığı məktubunda son zamanlar AXCP-nin islam dinini təbliğ etməsindən, konkret AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun dini təbliğ etdiyindən şikayətlənib. Ə.Kərimli isə bir ay sonra S.Baycanın məktubuna cavab yazıb və bir ay ərzində məktuba cavab verə bilmədiyi üçün üzrxahlıq edib.

Anar
AzNews.az