Əsəd xanımını bir ölkəyə, sərvətini isə başqa ölkəyə göndərdi

16 May 2013 12:59 (UTC+04:00)
Xanımı və uşaqlarını İrana qaçıran Suriya lideri Bəşər Əsəd çox miqdarda qızıl və pulunu Çinə göndərib. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Məlumata görə. daha öncə Venesuela və Rusiyadan sığınacaq istəyən Əsəd son olaraq Çinə üz tutub.

Sığınma tələbinin Çinə aprel ayında göndərildiyi vurğulanır. Hələlik Çinin bu tələbə hansı cavabı verdiyi açıqlanmasa da, Əsədin qohumu Rami Maklouf vasitəsilə sərvətini Çinə göndərdiyi qeyd olunur.

Elnarə
AzNews.az