REAL İlqar Məmmədovla bağlı bəyanat yaydı

16 May 2013 13:48 (UTC+04:00)

Hərəkatın mətbuat xidmətindən AZNEWS.AZ-a daxil olan bəyanatda bildirilir ki, 4 fevral 2013-cü ildə həbs olunmuş İlqar Məmmədov artıq 4 aya yaxındır, dəmir barmaqlıqlar arxasındadır.

Bəyanata qeyd edilir ki, aprelin sonunda Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) İlqar Məmmədovun şikayətinə üstünlük verdiyi qərarından bir neçə gün sonra hakimiyyət ona qarşı yeni və daha ağır ittihamlar irəli sürüb və beləliklə, Avropa İnsan Hüquqları Məhkəməsində işi uzadaraq seçkilərdən əvvəl və ya sonra 2013-cü il ərzində onun azad edilməsini mümkünsüz edib. İ.Məmmədov ilk ittihamda 7 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilərdisə, indi potensial olaraq, o, 12 il azadlıqdan məhrumetmə cəzası ilə üz-üzədir.

Bəyanatda bildirilir: "Həbsin özü və uzun müddət davam edən həbs qətimkan tədbiri İlqar Məmmədovun prezident seçkilərində rəsmi olaraq namizədliyinin irəli sürülməsi üçün təşkilati imkanları məhdudlaşdırsa da, Respublikaçı Alternativ Hərəkatı bu yöndə bütün səylərini davam etdirəcək".

AzNews.az