Nazpərinin prodüseri ilə vəkili bir-birini təkzib edir

17 May 2013 10:33 (UTC+04:00)
Xalq artisti Nazpəri Dostəliyevanın hazırda hansı ölkədə olması müəmmalı olaraq qalır.Müğənninin vəkili Yunis Vəliyev AzNews.az-a verdiyi açıqlamada bildirdi ki, Nazpəri xanım nə İsveçrəyə gedib, nə də plastik əməliyyat etdirib.

Amma Nazpəri Dostəliyevaının prodüseri Mikayıl Hüseynov özünün "Facebook" səhifəsində Y.Vəliyevi yalan məlumat verməkdə ittiham edir: "Nazpəri xanım hazırda İsveçrədədir. Hec bir əməliyyat yoxdur. O, dunən Malmödə keçirilmis "Eurovision" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən müğənni Fərid Məmmədova dəstək olmaq, həm də İsvecrədə yeni acılan Azərbaycan televiziyasının acılısına dəvət aldığına görə ordadır"

Bahar Rüstəmli
AzNews.az