“Laçın sadəcə dağlarda itirilmiş şəhər deyil“ - VİDEO

17 May 2013 20:55 (UTC+04:00)
Gürcüstanın "GeorgiaTimes" xəbər portalının Laçından hazırladığı videosüjet diqqətimizi cəlb etməyə bilməzdi... Ələlxüsus da "Berdzor-Laçın 20 il Qarabağla" başlığı ilə. Qərara gəldik ki, internet üzərindən son görüntülərini axtarıb tapmağa səy göstərdiyimiz Laçını onu unudanların yadına bir daha salaq.

Modern.az saytı ötən il Laçının ələ keçirilməsinin 20-ci ildönümünü qeyd edən, Laçın şəhərini Berdzor adlandıran ermənilərin həyatını əks etdirən videosüjetin mətnini təqdim edir.

18 may tarixində biz işğalın 21-ci ildönümünü anarkən, ermənilər qalibiyyətlərinin 21-ci ilini qeyd edirlər...

"Laçın sadəcə dağlarda itirilmiş şəhər deyil. Bu şəhər həm Azərbaycan, həm də Ermənistan üçün birinci halda acı məğlubiyyətin, ikinci halda gələcəyə ümidin simvoludur".

Gürcüstanın "GeorgiaTimes" xəbər portalının Laçından hazırladığı videosüjetdə belə deyilir.

Dağlıq Qarabağdakı separatçı rejimin Laçın rayonu üzrə "Gənclər, Mədəniyyət və İdman şöbəsi"nin rəhbəri Eduard Çuxodyan 11 ildir Azərbaycanın işğal olunmuş bu bölgəsində yaşayır

Eduard Çuxodyan: - Mən burada 11 ildir ki, yaşayıram. Və bu gün çox xoşbəxtəm, biz burada özmümüzü çox əla hiss edirik. Əsl kaşataxtlılar kimi. (Ermənilər Laçın şəhərini Berdzor, rayonu isə Kaşatax adlandırılar-red.)

Müxbir: - Rayonun nə qədər əhalisi var?

Eduard Çuxodyan: - 11 min sakin var. Bunlardan 2 mini "Berdzor"un əhalisidir.

"GeorgiaTimes" xəbər portalının məlumatına görə, Ermənistanın bir çox rayonlarından yüzlərə erməni təhlükəsizlik təminatı altında Laçına köçürülüb. Beləcə bir çox erməni ailələrinin burada yaşayışı baş tutub.

***
Naado Saakyan Laçında Nikah idarəsində işləyir və deyir ki, burdakı həyatından çox razıdır.

Müxbir: -Neçə ildir ki, buradasınız?

Naado Saakyan: - 17 ildir...

Müxbir:- Burda hansı yeniliklər baş verib?

Naado Saakyan - Çox şey deyişib. Biz bura 1995-ci ildə mayın 16-da gəlmişik. O vaxtki vəziyyətlə indiki vəziyyəti müqayisə belə, etmək olmaz. Biz bura gələndə heç yaşayış üçün evlər yox idi. Amma indi bizim böyük mənzilimiz var. Mənim ərim ev tikdi, dövlət də bizə kömək etdi.

Müxbir: - Siz bura haradan köçdünüz?

Naado Saakyan -Yerevandan

Müxbir: - Necə köçdünüz?

Naado Saakiyan: - Bizə dedilər ki, gəlin burada məskunlaşın. Mənim
ərim ustadı, onu dəvət etdilər biz də gəldik.

Müxbir: - Neçə uşağınız var?

Naado Saakyan: -3 oğlum var.

Müxbir: - Bəs burada yaşamaqda davam edəcəksiniz?

Naado Saakyan: - Təbii ki, köçmüşüksə, məskunlaşmışıqsa, yaşayacağıq.

***

"GeorgiaTimes":

"Hazırda Laçın şəhəri öz inkişafına görə, Ermənistanın başqa şəhərələrini üstləyir. Burada hətta ictimai nəqliyyat - 2 avtobus əhali üçün pulsuz xidmət göstərir...

Bura indi sakit həyat sürən bir şəhərə çevrilib. "Berdzorlular" bugünə kimi çox çətinliklərə sinə gərib məhdudiyyətlərə dözüblər".

Eduard Çuxodyan: - Əvvəllər burada iş yerləri yox idi. Sonra tikintilər başladı, iş yerləri yarandı. Məktəblər, uşaq bağçaları açıldı. Burada iş qurmaq istəyən sponsorlar tapıldı, onların sayəsində tezliklə insanlar iş tapdılar. Yaxın zaman içərisində mədəniyyət evi açılacaq və orda da 17 nəfər üçün iş yeri var.

Müxbir - Hazırda neçə məktəb və bağça var?

Eduard Çuxodyan: - 2 məktəb, bir uşaq bağçası var.

Müxbir: - Məktəblərdə neçə şagird var?

Eduard Çuxodyan: - Dəqiq deyə bilmərəm, amma təxmini birinci məktəbdə 150, ikincidə isə 120 şagird var.

"GeorgiaTimes" portalı:

"Bləliklə bu sakit şəhərdə heç də hamı xoşbəxt deyil. Kadra düşməyi qətiyyən redd edən satıcı Larka deyir ki, bu neçə ildə burada yaxşı heç nə görməyib.

Larka: - Düzünü desəm, yaxşı çıxmayacaq. Nə deyim, mən burada 1994-cu ildən yaşayıram.Yalnız çəkməyin. Mənim dediklərim nəyə gərəkdir, əgər lazım olan şəxslərə çatmayacaqsa.

Müxbir: - Bəlkə mənim sujetimə baxdılar...

Larka: - Yox mən kamera qarşısında danışmaq istəmirəm, başqa mağazaya gedin. Biz 1994-cü ildən bəri buradayıq. Amma neçə illərdir ki, mənim uşaqlarim və 4 nəvəm hələ də bir balaca otaqda yaşayırıq. Heç bir şərait olmadan yaşayırıq. Çoxuşaqlı anayam, amma heç kəs kömək etmir. Hamı deyir ki, "Berdzor"da bütün məsələlər həll olunub su, işıq. Amma bu gün mənim uşaqlarım susuz yaşayırlar.

Müxbir: - Onlar uzaqda yaşayırlar?

Larka: - Kilsənin yanında. Mənim uşaqlarım ən elementar şəraitləri olmadan dəhşətli şərtlərlə yaşayırlar.

Müxbir: - Bəs siz 1994-cü ildə bura köçəndə sizə ev söz verməmişdilər?

Larka: - Vermişdilər, hətta növbəyə də yazılmışdıq. Biz 3-cü idik, amma ki, heç nə... Biz bura köçəndə 13 nəfər idik. Ərim burda öldü. Oğlum evləndi, indi 4 uşağı var, qısası mən danışmaq istəmirəm, mənasızdır. Onsuz da hamı vəziyyəti bilir... Rəhbərlik özü də bilir.

"GeorgiaTimes":

"Qısası bu gün "berdzorlular" xoşbəxtdirlər. Onlar şəhərin azərbaycanlılardan azad olunması münasibəti ilə bayram keçirirlər. Artiq buraya köçürülmüş insanların övladları burada doğulub, yaşa dolur. Bütöv bir nəsil yetişib. Hansı ki, buranı öz vətənləri kimi mənimsəyiblər".

AzNews.az