Bakıda daha bir avtobus qəzası

18 May 2013 18:23 (UTC+04:00)
AzNews.az saytı xəbər verir ki, axşam saatlarında paytaxtın Atatürk prospektində 202 saylı 10 GT 330 nömrə nişanlı sərnişin avtobusu H017430 nömrə nişanlı "Volkswagen Passat" markalı avtomobillə toqquşub. Hadisə yerində olan əməkdaşımızın verdiyi məlumata görə, qəza nəticəsində sərnişin avtobusuna ziyan dəyib. Passat markalı avtomobil isə, demək olar ki,yararsız hala düşüb. Məlumat üçün deyək ki, xoşbəxtlikdən hadisə nəticəsində xəsarət alan olmayıb.

Xəyalə
AzNews.az