21 yaşlı gənc faciəvi şəkildə öldü - TOVUZDA

18 May 2013 19:10 (UTC+04:00)
Tovuzda 21 yaşlı gənc daş doğrama qurğusunun qurbanı olub.


Bu gün Tovuz rayonunun Əyyublu kəndində ölüm hadisəsi baş verib. Belə ki, 21 yaşlı Mahir Vəliyev həmin kənddə fəaliyyət göstərən daş doğrama sexində ehtiyatsızlıq ucbatından qurğunun üzərinə düşərək faciəvi şəkildə ölüb.

Ailənin yeganə oğlan övladı olan Mahir hərbi xidmətdən yenicə qayıdaraq adıçəkilən obyektdə fəhlə işləyirmiş. Oğlunun ölüm xəbərini qohumlarından eşitdiyini deyən mərhumun atası Bəxtiyar Vəliyev hadisənin baş verməsi barədə xəbərsiz olduğunu bildirib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.//trend//

AzNews.az