Türkiyədə aksiya keçirildi - VİDEO

18 May 2013 21:15 (UTC+04:00)
Bir neçə gün Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş partlayışların yerində aksiya keçirilib. Polis Yenişəhir meydanında toplaşanların icazəsiz aksiyasını dağıtmağa çalışıb, nümayişçilər isə polisi daşa basıblar.

Təhlükəsizlik qüvvələri nümayişçilərə qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə etməli olub. Aksiya iştirakçıları arasında CHP partiyasından olan millət vəkilləri də olub. Hazırda Reyhanlı rayonunda gərginlik davam edir.//anspress//

AzNews.az