Bakıda üçmərtəbəli ev yandı

19 May 2013 07:40 (UTC+04:00)
Bakının Binəqədi rayununda 3 mərtəbəli villa yanıb. AzNews.az FHN-nin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, Hadisə bu gecə saat 22:00 radələrində baş verib.

İlkin məlumata görə, vətəndaşa məxsus 200 kv.m olan üçmərtəbəli mansard tipli evin ikinci və 3-cü mərtəbəsində yanar kansmtruksiyalar yanıb. Evin birinci mərtəbəsi və ona bitişik ev yanğından mühafizə olunub.

AzNews.az