“Fərid Məmmədov necə də seksualdır“

19 May 2013 16:35 (UTC+04:00)
"Eurovision 2013" mahnı müsabiqəsində ölkəmizə ikinciliyi qazandıran Fərid Məmmədov səsi ilə yanaşı görünüşüylə də çoxlarının rəğbətini qazanıb. Rusiyanın məşhur aparıcısı Anfisa Çexova təmsilçimizə heyran olub.

O, Fərid haqda "Twitter"dəki profilində bunları yazıb: "Azərbaycan ifaçısı necə də seksualdır. Çıxışını da çox bəyəndim. Gecədə bəyəndiyim ən yaxşı mahnı idi. Bircə rəqs edən qız yerində deyildi. O, kölgə kimi görünsəydi, daha yaxşı olardı".

AzNews.az