50 milyonda bir - FOTOLAR

19 May 2013 19:20 (UTC+04:00)
Amerikada yaşayan Barbara Soper və onun həyat yoldaşı nadir hallarda baş verən bir hadisə yaşayıblar.


AzNews.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 3 uşaq valideyni olan bu gənc cütlüklərin uşaqlarının doğum tarixi olduqca maraqlıdır. Belə ki, onların ilk uşaqları 08.08.08 tarixində, ikinci uşaqları 09.09.09 və axırıncı uşaqları isə 10.10.10 doğum tarixi ilə diqqət çəkirlər.

Statistika göstərir ki, belə hadisələr 50 milyonda bir qeydə alınır.

AzNews.az