“Eurovizion 2013”də qalmaqal: Qalib mahnı plagiat çıxdı – VİDEO

20 May 2013 14:44 (UTC+04:00)


"Eurovizion 2013" mahnı yarışmasının Danimarka təmsilçisinin oxuduğu mahnı plagiat çıxıb.

Buna etiraz olaraq, Berlindən yayımlanan "Barini FM" radiosundakı əməkdaşı Ali Alleqro müsabiqənin təşkilat komissiyasına şikayət ərizəsi ilə müraciət edib.

Əməkdaşımız baş verənlərlə bağlı adıçəkilən radionun əməkdaşı Ali Alleqronun fikirlərini öyrənib:

"Hər şeydən öncə çox vacib olan bir məqama aydınlıq gətirmək istəyirəm. "Plagiarism" o deməkdir ki, iki mahnının müqayisəsi zamanı 7 və ya daha çox notunun eyni olsun. Biz bu mahnıları müqayisə etsək görəcəyik ki, iki mahnının "Intro"su və refraini tamamilə eynidir. Bu da artıq 9 notdan çox edir. "K Otic I surrended" mahnısı 2008-ci il aprelin 5-də "Youtube"da yerləşdirilib. Mahnıya klip də çəkilib. "Eurovision"un qanunlarına əsasən isə hər iştirakçı öz mahnısını yalnız müsabiqəni qazanan tarixdən sonra yaza bilər. Əks halda bu "plagiarism" adlanır. Bütün bunları diqqətə çatdırdıqdan sonra tələb qaldırdım ki, kommissiya oz fikrini dəyişsin və gələn il müsabiqəyə Azərbaycanın ev sahibliyi etməsi barədə qərar versin".

Xatırladaq k, Danimarka təmsilçisi Emmelie De Forest müsabiqədə "Only Teardrops" mahnısı ilə çıxış edib və birinciliyi qazanıb. Qeyd edək ki, birinciliyə layiq görülən mahnının plagiat olması təsdiqlənərsə təşkilatçılar qələbəni avtomatik olaraq müsabiqədə ikinci yeri tutan Azərbaycan təmsilçisinə verə bilər.

Qeyd: Aşağıdakı videolardan biri mahnının əsli, digəri isə Danimarka təmsilçisinin ifa etdiyi həmin mahnının plagiat formasıdı.






Bahar Rüstəmli
AzNews.az