613 nəfər nazirliyə müraciət etdi

20 May 2013 18:59 (UTC+04:00)
Bu il ərzində Səhiyyə Nazirliyinin "Vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiya"sına 613 nəfər müraciət edib.


Komissiyanın sədri Nəsib Quliyev APA-ya açıqlamasında deyib ki, onlardan 70 nəfəri əlillik dərəcəsi və onurğa beyninin zədəsi ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin xətti ilə Ukraynanın Saki şəhərinə göndərilib: "Amma konkret xəstəliklər üçün heç kim xaricə göndərilməyib, onların ölkə daxilində müalicəsi təşkil olunub. Bu gün artıq ölkədə əksər xəstəliklərin müalicəsini edə bilərik. Bunun nəticəsində isə xaricə müalicə üçün getməyin aktuallığı itmək üzrədir və ildən-ilə xaricə müalicə üçün göndərilən xəstələrin sayı azalır".

N. Quliyev qeyd edib ki, 2012-ci ildə komissiyada 1093 nəfər qeydiyyatdan keçib. Onun sözlərinə görə, qeydiyyatdan keçənlərdən ancaq 4 nəfəri müalicə üçün ölkədən kənara göndərilib, 85 nəfəri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ukraynanın Saki şəhərində sanatoriya və reabilitasiya müalicəsində olublar.


AzNews.az