“Əsgər anaları” cəmiyyəti aksiya keçirdi - VİDEO

20 May 2013 22:10 (UTC+04:00)
Ermənistan ordusunda qeyri-döyüş şəratində ölənlərin sayı artır.

Sonuncu belə hal bir neçə gün əvvəl Noyemberyan rayonundakı hərbi hissədə olub. Hərbçi bir əsgəri öldürüb, digərini isə ağır yaralayıb. Ölən əsgərin qohumları çiyinlərində tabut paytaxt İrəvana yürüş etməyə cəhd göstəriblər. Bununla əlaqədar olaraq xüsusi təyinatlılar Sevan-İrəvan magistralını bağlayıb. Hadisə yerinə müdafiə naziri Seyran Ohanyan gəlib və o ölənin yaxınlarını paytaxta getməməyə razı sala bilib. Lakin o istefa tələbi ilə razılaşmayıb və vəzifədən getmək fikrində olmadığını açıqlayıb. Seyran Ohanyan orduda qeyri-döyüş şəraitində itkiləri zabit heyətinin təlim və tədris hazırlığının aşağı səviyyədə olması ilə əlaqələndirib. O hadisə ilə bağlı bir neçə zabitin işdən azad edildiyini deyib.

Bu aksiyanın qarşısı alınsa da, hadisə ilə bağlı İrəvanda "Əsgər anaları" cəmiyyəti aksiya keçirib. Hökumət evinin qarşısını toplaşanlar orduda əsgər ölümlərinə, zabit özbaşınalığına etirazlarını bildiriblər. "Əsgər anaları" cəmiyyətinin nümayəndələri orduda qeyri-döyüş itkilərinin sayının təmas xəttində ölənlərin sayına çatdığını bildiriblər. Aksiya iştirakçıları baş nazirin istefasını tələb ediblər.

Bu faktı şərh edən Ermənistan kütləvi informasiya vasitələri ordunu erməni gənclərini məhz edən qorxulu maşın adlandırıblar. Qəzetlərin yazdığına görə, qeyri-döyüş itkilərinin artması cəmiyyətdə və orduda təcili həllini tələb edən problemlərin olmasından xəbər verir.//anspress//

AzNews.az