Bəstəkardan müğənniyə qadağa

20 May 2013 21:57 (UTC+04:00)
Bəstəkar Sevinc Ağasıyeva gənc müğənni Sevinc Musayevaya qadağa qoyub.

AzNews.az-ın məlumatına görə, bəstəkar "Əziz müəllimim" adlı bəstəsinin sözügedən müğənni tərəfindən bundan sonra ifa olunmasını istəmir. Mahnının müəllif hüquqları tam şəkildə bəstəkarda olduğu üçün Sevinc Musayeva bundan sonra adıçəkilən mahnını ifa edə bilməz.

Müğənniyə qoyulan qadağaya səbəb olan məsələninin nə olduğunu öyrənmyə çalışsaq da bəstəkar Sevin Ağasıyeva bu barədə danışmaq istəmədi: "Mən heç vaxt qalmaqallarda olmamışam. Adımın şou-biznes qalmaqallarında çəkilməsini istəməmişəm. Sadəcə sivil və mədəni şəkildə mətbuat vasitəsilə bir daha bəyan edirəm ki, "Əziz müəllimim" adlı mahnımın bundan sonra Sevinj Musayeva tərəfindən ifa olunmasına razı deyiləm, ona qadağa qoyuram.

Ola bilər ki, Sevinc Musayeva bundan sonra mətbuata hər hansı açıqlama versin. Ancaq mən bu barədə ilk və son dəfə açıqlama verirəm. Bundan sonra bu qadağa ilə bağlı bir kəlmə də danışmayacam. Sadəcə xanım sənətçiyə bir daha xatırladıram ki, indiyə qədər ona hədiyyə etdiyim bütün mahnıların da onun tərəfindən səslənməsinə qadağa qoyuram.


Bahar Rüstəmli
AzNews.az