Arşavinin azərbaycanlı sevgilisi evli çıxdı

22 May 2013 09:21 (UTC+04:00)



Məşhur futbolçu, Rusiya yığmasının keçmiş kapitanı Andrey Arşavinin azərbaycanlı sevgilisi ilə bağlı maraqlı məqamlar ortaya çıxıb. Belə ki, məşhur futbolçunun azərbaycanlı sevgilisinin ölkədə olduqca tanınmış bir ailənin qızı və varlı bir iş adamının keçmiş həyat yoldaşı olduğu barədə məlumatlara yenisi əlavə olunub.

"Evrosmi" xəbər verir ki, futbolçunun sevgilisi olan 35 yaşlı qadın hazırda ərdədir və iki övladı var. Beləliklə də qadının həyat yoldaşından boşandığı və bir övladının olduğu barədə məlumatlardan sonra onun əslində hələ də başqa biri ilə rəsmi nikahda olduğu bildirilib. Bu məlumat isə Arşavinin yaxın ətrafından mətbuata ötürülüb.
Hətta futbolçunun həmin qadının köməkliyi ilə Londonu tərk edərək Azərbaycana getmək istədiyi də vurğulanır.

Elnur
AzNews.az