Azərbaycan və Ermənistan prezidentləri iyunda görüşəcək

22 May 2013 11:11 (UTC+04:00)
Azərbaycan və Ermənistan prezidentləri 12 iyunda Zalsburqda görüşəcək. Modern.az bildirir ki, bu barədə Ermənistanın "Qrapark" qəzeti məlumat yayıb.

"12 iyunda İlham Əliyev və Serj Sərkisyanın çoxdan gözlənilən görüşünün baş tuutacağı istisna edilimir. ATƏT-ə hazırda sədrlik edən Ukrayna bu görüşü öz ərazisində keçirmək istəsə də, görüş Zalsburqda baş tutacaq".

Məlumata görə, ekspertlər bu görüşdən nəsə xüsusi bir nəticə gözləmirlər.

"Beynəlxaq güclər Suriyadakı situasiya və İrandakı seçkiləri nəzərə alaraq, bu görüşü təşkil etməklə vəziyyəti nəzarətdə saxlamaq istəyirlər".

Qeyd edək ki, son günlər Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni görüşün keçiriləcəyi ilə bağlı məlumatlar yayılır.

AzNews.az