Ordumuzun əsgəri vəfat edib

23 May 2013 09:09 (UTC+04:00)


APA-nın məlumatına görə, bu il mart ayının 30-da Müdafiə Nazirliyinin Goranboyda yerləşən "N" saylı hərbi hissəsinin əsgəri Samir Əliyev silahı təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb və güllə onun əsgər yoldaşı Toğrul Abdullazadəyə dəyib. Güllə yarası alan T. Abdullazadə hərbi hospitala yerləşdirilib.

Uzun sürən müalicəyə baxmayaraq T. Abdullazadəni xilas etmək olmayıb. Əsgər bu gün hospitalda dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya əsgər T. Abdullazadənin ölüm faktını təsdiqləyib.

AzNews.az