Polis gənclərin fləş-mobunu dağıtdı- FOTO

23 May 2013 09:54 (UTC+04:00)


"Youtube" sosial şəbəkəsindəki "Gülüş həftəsi" ilə bağlı flaş-mob çəkdiklərini deyən gənclərə Səbayel Rayon Polis İdarəsini əməkdaşları müdaxilə edib. Əraziyə gələn post-patrul xidmətinin əməkdaşları gəncləri ərazidən uzaqlaşdırıb.

Polis əməkdaşları Musavat.com-a bildiriblər ki, mayın 25-də Bakıda keçiriləcək moto-şou ilə bağlı ərazidə hər hansı icazəsiz aksiya keçirilə bilməz. Onlar bildiriblər ki, sözügedən ərazidə həmin şouya hazırlıq işləri gedir və onlara ərazidə asayişi qorumaq tapşırılıb.

AzNews.az