Sabah hava isti olacaq

23 May 2013 11:07 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənillir. Gündüz cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında mayın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 25-30, bəzi yerlərdə 32 dərəcəyədək isti, dağlarda gecə 7-12, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Mayın 24-dən 26-dək Abşeron yarımadasında əsasən sabit hava şəraiti gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əlverişlidir.

AzNews.az