Ermənistan Milli Məclisi, yoxsa uşaq bağçası?- Video

23 May 2013 12:23 (UTC+04:00)



Dünən Ermənistan Milli Məclisində maraqlı hadisə baş verib.

"Qafqazinfo"nun məlumatına görə, erməni deputatların siyasi məsələlərdən savayı hər işlə məşğul olduqlarını əks etdirən video yayılıb. Belə ki, bəziləri ağ vərəqə şəkil çəkməklə, bəziləri telefonla şəkil çəkməklə, digərləri isə ya yatmaqla, ya söhbətlə, ya kağızdan təyyarə düzəltməklə, ya da sosial şəbəkələrdə vaxt keçirməklə məğuldurlar.

"Ermənistan Milli Məclisi uşaq bağçasına çevrilib" başlıqlı xəbərdə bildirilir ki, bu boş işlərlə məğul olan deputatların əksəriyyəti Respublika Partiyası fraksiyasının üzvləridir.



AzNews.az