Prezident “ASAN xidmət” mərkəzinin açılışında

24 May 2013 11:07 (UTC+04:00)


Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlətimizin başçısına məlumat verdi ki, bu mərkəz Bakının Xətai, Nizami və Suraxanı rayonlarının əhalisinə xidmət göstərəcəkdir. Qeyd edildi ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi fəaliyyətə başladığı dövrdən indiyədək ümumilikdə 100 minədək insana xidmət göstərib.

Mərkəzdə yaradılmış şəraitlə tanış olan Azərbaycan Prezidentinə Elektron Məlumat Mərkəzi, Biometrik Məlumatların Toplanması Sistemi və "Asankart" barədə məlumat verilib.

Dövlət başçısına bildirilib ki, vətəndaşlara könüllülük prinsipi əsasında xidmət göstərmək üçün seçilmiş gənclər təlimlərə cəlb olunub.(trend.az)

AzNews.az