Aygün Kazımova evdən bayıra çıxmır

24 May 2013 15:12 (UTC+04:00)
Xalq artisti Aygün Kazımovanın İnstaqram sosial şəbəkəsində yazdığı sözlər böyük səs-küyə səbəb olub. Müğənni Azərbaycanı tərk edəcəyini və haqsızlıqlara, təhqirlərə, şər və böhtanlara dözməyə taqəti, gücü qalmadığını deyərək intihar etmək istədiyini bildirib.

Aygün Kazımovanı intihara sövq edən səbəb nədir? AzNews.az-a daxil olan məlumata görə, xalq artisti bir həftədən yuxarıdır ki, depressiya keçirir. Düşdüyü depressiyadan çıxa bilməyən sənətçi heç kəsi görmək istəmədiyini bildirib.

Bundan başqa məlumatda o da bildirilir ki, A.Kazımova bütün günü dörd divar arasındadır, yaşadığı evdən bayıra çıxmır. Müğənniyə yaxın olan mənbə deyir ki, A.Kazımova neçə illər öncə meyxana ifaçısı Namiq Qaraçuxurludan ayrılan vaxtlarda da belə depressiyada olub.

Məsələ ilə əlaqədar müğənninin yaxın dostu DJ Kazımla əlaqə saxladıq. DJ bildirdi ki, A.Kazımova ilə bağlı "nə lazımdırsa o da yazılıb. Başqa heç nə deyə bilmərəm".

Bahar Rüstəmli
AzNews.az