Əsgər bıçaqlandı- VİDEO

26 May 2013 11:27 (UTC+04:00)


Fransanın paytaxtı Parisdə bir nəfər naməlum şəxs əsgəri bıçaqlayaraq qaçıb. Fransa Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə zamanı əsgər boğazından yara alsa da, həyatı təhlükəsi yoxdur. Hazırda əsgərin vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə, hadisəni törədən şəxsi hələlik ələ keçirmək mümkün olmayıb. Fransa polisi cinayətin 4 gün öncə Böyük Britaniyanın paytaxtı Londonda dini zəmində törədilən oxşar faktla əlaqəsi olub olmadığını araşdırır. Vəziyyətlə bağlı münasibət bildirən ölkə prezidenti Fransua Olland hələlik cinayətlə əlaqədər əsassız versiyaların səsləndirilməməsi xəbərdarlığı edib. Olland, həmçinin əsgərləri ehtiyatlı olmağa çağırıb.

Qeyd edək ki, 23 yaşlı əsgər hadisə zamanı Milli Təhlükəsizlik proqramı çərçivəsində nəzarət xidməti yerinə yetirirmiş. Əsgərin vəkili Rober Jelinin sözlərinə görə, zərərçəkən faktla bağlı məlumat verməkdən imtina edib.

Polis cinayətkarla bağlı açıqlamasında onun hündürboy atletik bir şəxs olduğunu məruzə edib. Təhlükəsizlik kameralarına düşən görüntülərə əsasən, cinayətkarın tezliklə ələ keçiriləcəyi bildirilir.



AzNews.az