Misir Mərdanov sükutu pozacaq - mayın 29-da

27 May 2013 10:50 (UTC+04:00)


Keçmiş təhsil naziri Misir Mərdanov hazırda rəhbərlik etdiyi AMEA-nın Mexanika və Riyazıyyat İnstitutunun direktoru postunda ilk beynəlxalq konfransa hazırlaşır.

Belə ki, mayın 29-da Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş, Azərbaycan Riyaziyyat Cəmiyyəti tərəfindən təşkil edilən "Riyaziyyat və İnformatikanın Aktual Problemləri"adlı Beynəlxalq Konfrans öz işinə başlayacaq.

AzNews.az-ın məlumatına görə, 11 ölkədən nümayəndələrin dəvət edildiyi konfransdan əvvəl iştirakçılar Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyevin məzarını ziyarət edəcəklər.

Konfransda açılış nitqi ilə Akademiyanın vitse-prezidenti Akif Hazıyev, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəliyev, akademiyanın katibi Rasim Əliquliyev və Mexanika və Riyaziyyat İnstitutunun direktoru Misir Mərdanov çıxış edəcək.

Xatirə
AzNews.az