Paytaxtımız “Euronews“ telekanalında - VİDEO

27 May 2013 19:40 (UTC+04:00)
"Bakı-gələcəyə irəliləyən şəhər" adlı reportajda ölkəmizin keçmişi və bu günü haqqında məlumatlar yer alıb.

Avropanın nüfuzlu telekanalı Euronews "Bakı -gələcəyə irəliləyən şəhər" adlı reportaj hazırlayıb. Reportajda əsl mədəniyyət və memarlıq nümunəsi kimi Avropa ilə Asiya arasında körpü rolunu oynayan paytaxt Bakıya dair ilk əlyazmanın 5-ci əsrə aid olduğu bildirilir.

Müəllif YUNESKO-nun mədəni irs siyahısına salınan unikal memarlıq nümunələrini xüsusi qeyd edib. Xəzər dənizindəki qiymətli canlıların, xüsusilə də nərə cinsli balıqların Azərbaycan tərəfindən yüksək səviyyədə mühafizə olunduğu vurğulanıb.//azvision//



AzNews.az