Yunanıstanda məscid tikiləcək - VİDEO

27 May 2013 21:32 (UTC+04:00)
Yunanıstanın paytaxtı Afinada hökumət gələn il məscidin tikintisini həyata keçirməyə qərar verib.

Bu qərardan sonra irqçilər, müsəlmanları özlərinə düşmən bilən qüvvələr, hökumətin məscid tikintisi planına qarşı çıxaraq etirazlarını bildiriblər.

Küçələrə çıxanlar "Biz din istəmirik" şüarını səsləndiriblər. "Evronews"un məlumatına görə, Afina Yeganə Avropa Birliyi ölkəsi paytaxtıdır ki, burada hələ də rəsmi olaraq məscid yaxud müsəlmanlar üçün məzarlıq yoxdur.

Yunanıstanda yeganə məscid Türkiyə ilə sərhəddə, Frakiya ərazisində yerləşir. Paytaxt Afinada və ətraf ərazilərdə isə yalnız 100-ə yaxın ibadət evi mövcuddur, bəzən isə müsəlmanlar namazı stadionlarda qılmalı olurlar. Statistikaya görə, Yunanıstanda yarım milyona yaxın müsəlman yaşayır.



AzNews.az