Mini yubkalıların “Çəhrayi şar aksiyası“ - İNİSİDENT

28 May 2013 12:02 (UTC+04:00)


Mayın 25-i və 26-sı Əfqanıstanın paytaxtı Kabul şəhərində baş tutan aksiyanın qalmaqallı nəticələri hələ də bitməyib. Belə ki, Qərbin, daha dəqiq desək, Amerikanın Kabulda keçirdiyi "Çəhrayi şar" aksiyası ölkədə fəaliyyət göstərən dini-ekstremist təşkilat olan Taliban tərəfindən müsbət qarşılanmayıb.

Aksiyada yüzlərlə könüllünün 10 minlərlə "Çəhrayi şar" paylaması Talibanın etirazına səbəb olub. Belə ki, Taliban təşkilatı bu aksiyanı Amerikanın ölkədə növbəti "çəhrayi planı" kimi qiymətləndirib.

Məlumat üçün deyək ki, Talibanın belə sərt reaksiya vermə səbəblərindən biri də aksiyada şar paylayan könüllülərin amerikasayağı tərzdə geyimlərdə və xüsusən mini yubkada olmaları olub.

Aynur Hüseynova
AzNews.az