Başı ağrıdı... intihar etdi

29 May 2013 12:44 (UTC+04:00)


Gəncədə 6 dəfə cərrahiyə əməliyyat olunan gənc qız dərman içərək özünü öldürmək istəyib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 1980-ci il təvəllüdlü Gəncə şəhər sakini G. Mustafayeva dərman preparatları ilə ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya daxil olub.

Araşdırma zamanı məlum olub ki, 33 yaşlı qız 6 dəfə müxtəlif əməliyyat keçirib və yaranan baş ağrılarına dözə bilməyərək 10 ədəd dərman həbi içib özünü öldürmək istəyib. Dərhal yaxınları tərəfindən xəstəxanaya çatdırılan G. Mustafayevanın həyatını xilas etmək mümkün olub. Hazırda onun səhhətinin orta ağır olduğu bildirilir.

AzNews.az