Ölkənin ən təhlükəli cinayətkarı ələ keçdi

29 May 2013 16:01 (UTC+04:00)


O, mayın 29-da Parisdən 20 km aralıda Ponto-Kombo kommunasında ucuz otelda həbs olunub. Cinayətkarın saxlanılması zamanı polis bir neçə odlu silah və avtomobil müsadirə edib.

Fransanın Daxili İşlər naziri Manuel Valsın sözlərinə görə, Faid azadlıqda olduğu müddətdə dəfələrlə yerini dəyişib. Sonuncu oteldə isə bir neçə gün qalıb.

Onun saxlanıldığı həbsxana Belçika ilə sərhəddən 15 km aralıda yerləşdiyinə görə fransız hökuməti əvvəlcə Faidin ölkə sərhədini tərk etdiyindən narahat idi.(milli.az)


AzNews.az