Senat Xocalı soyqırımı ilə bağlı bəyanat qəbul edib

29 May 2013 20:19 (UTC+04:00)


Məlumata əsasən, mayın 28-də bu İordaniya Senatının sədri Tahir Masri Azərbaycanın İordaniya Haşimilər Krallığındakı İordaniyadakı səfiri Sabir Ağabəyova məktub ünvanlayıb.

Məktubda deyilir:

"Senatorlardan ibarət nümayəndə heyətinin Azərbaycana səfəri və Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar Senat bəyanat qəbul edib. Xocalı faciəsində yaralı və itkin düşmüş insanlarla yanaşı, yüzlərlə günahsız insan bu soyqırımın qurbanı olub. Bu Azərbaycanın suverenliyinə qarşı törədilmiş zorakılıq aktı olmaqla bərabər, xalqınıza, insan haqlarına, bəşəriyyətə qarşı yönəlmiş faciədir.

Məktubda daha sonra qeyd olunur ki: "Senat İordaniyanın münaqişələrin sülh yolu ilə həllini, habelə xalqlar arasında kin-küdurət və müsibətlər toxumu səpən zorakılıqdan və qarşıdurmadan uzaq olmağı, sülh, məhəbbət və əməkdaşlıq dəyərlərinin möhkəmləndirilməsinə çağıran mövqeyini daimi dəstəkləyir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri, Azərbaycanın suverenlik və ərazi bütövlüyünün toxunulmazlığı çərçivəsində həllinə çağırır".

Məktubda həmçinin bildirilir ki, "Həmçinin Senat İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Xocalı faciəsini soyqırımı və insanlığa qarşı törədilmiş cinayət aktı olaraq bu qətliamın tanınmasına yönəlmiş lazımi addımları atmağa çağıran qərarlarını dəstəkləyir".(AzərTac)

AzNews.az