İcra başçısının müavini YAP-çı hüquqşünası tutdurdu

30 May 2013 08:45 (UTC+04:00)


Abşeron rayon Mərkəzi Xəstəxanasının hüquqşünası Hicran Əliyev həbs olunub. Rayon məhkəməsinin qərarı ilə barəsində 10 sutka həbs qətiimkan tədbiri seçilən Hicran Əliyev YAP-ın Abşeron rayon təşkilatının sədri müavini, 45 saylı Abşeron Dairə Secki Komissiyasının katibi olub. YAP-çı hüquqşünasın həbs olunmasına səbəb isə icra başçısının müavini İradə Gülməmmədovanı təhqir etməsidir.

AzNews.az-ın əldə etdiyi məlumata görə, hüquqşünasa daha ağir cəza kəsilməli imiş. Lakin müəyyən müdaxilələr və danışıqlardan sonra İradə Gülməmmədovanı 10 sutkalıq cəzaya razı salmaq mümkün olub. Əvəzində Hicran Əliyev Abşeron Mərkəzi Xəstəxanasının hüquqşünası vəzifəsindən də azad edilib.

Abşeron rayon Polis şöbəsindən faktı təsdiqləyiblər. AzNews.az-a verilən məlumata görə, hüquqşünas İcra Hakimiyyətinə Novxanı xəstəxanasının baş həkimi ilə gəlib və İ.Gülməmmədovanın otağının qarşısında səs-küy salıb. Etiraz olaraq göstərdiyi davranış isə xırda xuliqanlıq kimi qiymətləndirilib və o, 10 sutka həbs cəzası alıb.

Ruhiyyə
AzNews.az