Azərbaycan və UNESCO arasında saziş

31 May 2013 08:00 (UTC+04:00)
Mayın 30-da Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində UNESCO-nun baş direktoru İrina Bokova ilə görüşüb.

Görüşdə Azərbaycan və UNESCO arasında Qeyri-Maddi Mədəni İrsin Mühafizəsinə dair Hökumətlərarası Komitənin 10-cu sessiyasının keçirilməsi barədə saziş imzalanıb.

Sazişi UNESCO-nun baş direktoru İrina Bokova, Azərbaycanın mədəniyyət və turizm naziri Əbulfəs Qarayev imzalayıb. Ə.Qarayev təşkilatın ölkəmizdəki fəaliyyətinin Azərbaycan cəmiyyətinin diqqət mərkəzində olduğunu vurğulayıb.

İrina Bokova Komitənin 10-cu sessiyasının keçirilməsinə razılıq verdiyinə görə Azərbaycan dövlətinə öz təşəkkürünü bildirib.

Bahar Rüstəmli
AzNews.az