DYP-dən İsa Qəmbərlə bağlı açıqlama

31 May 2013 09:25 (UTC+04:00)


Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisinin verdiyi məlumata görə, həmin avtomobil Qəbələ rayonu ərazisindən keçərkən sürət həddini aşdığına görə radara düşüb və buna görə də yol polisi əməkdaşları tərəfindən saxlanılıb: "Həmin avtomobilin ilkin saxlanılma səbəbi sürət həddinin aşılması olub. Yoxlama zamanı müəyyən edilib ki, həmin sürücünün avtmobili idarə etmək üçün ona verilən etibarnamənin müddəti bitib. Nəqliyyat vasitəsinin sahibi isə avtomobildə olmadığına görə, bu səbəbdən avtomobil mühafizə olunan duracağa yerləşdirilib".

AzNews.az