Milli Məclis büdcəni müzakirə edir

31 May 2013 11:12 (UTC+04:00)
Milli Məclisin yaz sessiyasının sonuncu iclası spiker Oqtay Əsdovun sədrliyi ilə öz işinə başlayıb. İlk olaraq deputatlar Fərhad Abdullayevin yenidən Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təsdiqlənməsi barədə gündəlikdəki məsələni təsdiqlədilər. F.Abdullayev növbəti dəfə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi seçilməsinə 100 deputat səs verdi. Daha sonra F. Abdullayev hakim kimi and içdi və çıxışında prezident İlham Əliyevə təşəkkür etdi.

Hazırda "Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsi müzakirə olunur. İlk olaraq layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Hazırda maliyyə naziri Samir Şərifov büdcə vəsaitlərinin icrası haqqında parlamenti məlumatlandırır.

AzNews.az