Məzun “Son zəng“ günü öldü

31 May 2013 12:23 (UTC+04:00)
Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Sabirabad Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, yol qəzası rayonun Həşimxanlı kəndində qeydə alınıb. Həşimxanlı kənd orta məktəbində bu il məzun olan 1997-ci il təvəllüdlü Niyaməddin Məhəmməd oğlu Ələkbərov "85-BD-357" dövlət nömrə nişanlı avtomobildə yol qəzasına düşüb. Nəticədə N. Ələkbərov hadisə yerində ölüb.

AzNews.az